Hindistanlı milyarder Manoc Bxarqava elektrik hibrid velosiped icad edib. İnsan pedalı fırladanda çarx işləməyə başlayır və akkumulyatoru doldurur. Bu qurğunu 60 dəqiqə sürməklə evi 24 saat elektrik enerjisi ilə təchiz etmək mümkündür.
Bu dahiyanə velosiped sayəsində elektriksiz qalmış 1,3 milyard yoxsul insanı elektrik ilə təmin etmək olacaq. Bu qurğu internetə qoşulmağa da imkanı verəcək. Ondan inkişaf etmiş ölkələrdə enerji xərclərini azaltmaq üçün, bir də piylənmədən xilas olmaq istifadə oluna bilər.
Milyarder bildirib ki, zəngin insanlar yoxsul təbəqəyə hər hansı yolla kömək etməyə borcludur. Manoc Hindistanda 10 000 belə velosiped istehsal etməyə və vəsaitinin 90%-ini xeyriyyəçiliyə və elmi tədqiqatlara bağışlamağı planlaşdırır. (publika.az)
İnterpress.az