”Hacı Madər”in qohumun adı cinayətdə hallandıbackend

”Hacı Madər”in qohumun adı cinayətdə hallandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu haqda redaksiyamıza müraciət edən İmişli rayon sakini Abuzərov Vüqar Elbrus oğlu deyir.

Onun sözlərinə görə o bir müddət əvvəl Bakı şəhəri Xocasən qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alıb. Evin tikintisinə başlamaq üçün isə ondan müəyyən miqdarda maddi vəsait tələb olunub. Bundan sonra onun polis orqanlarında işləyən bir yaxını ona kömək edə biləcəyini bildirib:

“Mənə dedi ki, səni Hacı Madərin bacısı oğlu ilə tanış edəcəyəm. Adı Valehdir. O sənin məsələni həll edəcək. Dəfələrlə ona işimiz düşüb həll edib. Heç narahat olma. O sənin üçün icazə alacaq və evini tikərsən. Mən Valeh adlı şəxslə telefonla danışdım və mənə dedi ki, Binəqədidə mərkəzdəki məscidin yanına gəl.

Orada onunla görüşdük O özü də aydınlıq gətirərək “Mən Hacı Madərin bacısı oğluyam. Narahat olma. Səni mənə tapşırıblar. Burada başqa söhbət ola bilməz” deyə məni əmin etdi.

[b]V. Abuzərov Valehin Binəqədi kənd icra nümayəndəliyində işlədiyini deyir. Valeh “Getdiyim həcə, balamın canına and olsun məsələni həll edəcəyəm” deyərək keçən ilin oktyabr ayında pulu Vüqardan alıb və bildirib ki, bu pul onun dayısına çatacaq və oradan da lazımi yerlərə gedərək Vüqarın işi həll olunacaq. Valeh Vüqardan 3500 manat məbləğində pulu alanda hələ evin tikintisinə başlamağa tələsməməsi lazım olduğunu deyib. O bildirib ki, evin tikintisi üçün icazə bir həftəyə və ya on günə alınacaq. Bu minvalla pulu Valehə verən Vüqar on gündən sonra ona zəng edib. Valeh telefonu qaldıraraq “Gözlə özüm sənə zəng edəcəyəm” deyib və telefonu bağlayıb.[/b]

Bu hadisənin üstündən on gün keçməsinə baxmayaraq yenə də Valehdən zəng gəlməyib: “Mən yenə ona zəng elədim ki, bəs nə oldu icazə məsələsi. Dedi ki, baş qarışıq olduğu üçün dayım başçının yanına gedə bilməyib. Həmin dövrlərdə də bu MTN işinin qızğın vaxtları idi. Bu mənə bir on gün də gözlə dedi və bu müddətin üstündən tam olaraq beş ay keçdi. Hər dəfə ona zəng edəndə müxtəlif bəhanələr gətirirdi.

Bir dəfə də mənə dedi ki, səni təbrik edirəm icazən alınıb. Amma hələ başlama bir həftəyə başlayarsan. Artıq bundan sonra onun nömrələrinə zəng çatmadı.” Bundan sonra Vüqar Abuzərov Valehin qaldığı evi axtarıb tapıb. Burada onu Valehin anası və Taleh adlı qardaşı qarşılayıb.

Valehin anası Vüqara məsələdən xəbərləri olmadığını, onun pulunu tezliklə qaytaracağını deyib: “Bu dəfə də başladı qardaşı məni süründürməyə. İki ay məni aldadaraq hər dəfə müxtəlif dəlillər gətirirdi. Bir dəfə mənə “Müdafiə Nazirliyindən mənə inəklər veriblər onları satıb sənin pulunu verəcəyəm”, bir dəfə “60 baş inəyim var, heç narahat olma” satıb sənin pulunu verəcəyəm dedi. Bir həftə sonra yenə ona zəng etdim. Mənə dedi ki, “Rusiyadan kartofum gəlib onu satan kimi sənin pulunu verəcəm”.

Daha sonra həmin polis yaxınım məni Nərimanov rayon polis idarəsinə gətirdi və mən orada şikayət ərizəsi yazdım”. Vüqarın sözlərinə görə, Nərimanov RPİ-si işi 4-cü bölməyə göndərib. 4-cü bölmənin təhqiqatçısı ona zəng edərək onu polis bölməsinə dəvət edib. Vüqar isə həmin vaxtı xəstəxanada olduğu üçün polis bölməsinə gedə bilməyib. Ona zəng edən təhqiqatçı isə acıqla ona “Sabah da mən xəstəxanada olacağam” deyib və məsələ beləcə uzanıb. Bundan sonra Hacı Madərin bacısı oğlu qəfildən peyda olub və Vüqara zəng edərək ərizəni geri götürməsini və pulu bir həftəyə qaytaracağını deyib.

Vüqar isə qarşılığında ərizəni geri götürməyəcəyini Valehin polis rəisinin qarşısında ona söz verməsindən sonra şikayətdən imtina edə biləcəyini söyləyib: “Bunların sən demə fikri var imiş ki, mənim başımı qatsınlar və mən bölməyə getməyim. Çünki qanunda göstərilir ki, əgər şikayətçi 10 gün ərzində bölməyə gəlməsə həmin iş bağlanır. 4-cü bölmə də işi Binəqədi rayon polis idarəsinə göndərdi. Mən Binəqədi RPİ-nə getdim.

Orada mənə mənim işimin bağlandığını dedilər və işin bağlanmağı ilə bağlı bir sənəd də verdilər. O gündən bu günə heç bir xəbər yoxdur. Mənə bir nəfər dedi ki, “Favorit” marketlər şəbəkəsi Hacı Madərindi. Orada onun işini aparan bir Səməd müəllim var, get onun yanına. Mən də 9-cu mk/r-da yerləşən “Favorit” marketə getdim. Oradan da bizi qovdular.”

Vüqarın pulu Madər Musayevin bacısı oğlu olan Valehə verməsindən artıq 10 ay keçib.

Vüqar Abuzərov deyir ki, indiyə kimi Valehi nə görən var, nə də onu haqqında nə isə bilən. Polis idarəsi də Hacı Madərin bacısı oğlunu tapmaqda acizdir.

Bu haqda Binəqədi rayon polis idarəsindən Vüqar Abuzərova təqdim olunan sənəddə deyilir.(avropa.info)

İnterpress.az