Qarpız yay tərəvəzləri içində su nisbətinin ən yüksək olan növüdür. Eyni zamanda münasib qiymətə olması, sərinlətmə xüsusiyyəti, lif ehtiva etməsi və şirin dadı da bir çox insan üçün ilk ağla gələn qidalanma seçimidir. Ancaq qarpız və pendir ikilisindən möcüzə gözləməyin. Çünki qarpız-pendir ikilisi hər gün istehlak edilməli olan 5 əsas qida qrupunun yalnız ikisini təmsil edir. Yəni çörək qrupu, tərəvəz qrupu, yağ qrupu əskik qalır. Pendir bəzən ət qrupunu, bəzən də süd qrupunun funksiyasını yerində əvəzləyə bilər. Çünki həm yaxşı zülal, həm də yaxşı kalsium mənbəyidir.
Pendir seçərkən bəzi məqamlara mütləq diqqət etmək lazımdır.
– Yüksək təzyiqiniz varsa və böyrəklərinizdə duzlaşma baş verirsə, onda mütləq duzsuz pendirə üstünlük verin. Pendiri bir gecə əvvəl ilıq suya qoyun və yemədən əvvəl suyunu dəyişib əlavə 1 saat gözlədin.
– Pəhriz edirsinizsə və ya xolesteriniz yuxarıdırsa, qaraciyər piylənməsi varsa, onda mütləq az yağlı pendirə üstünlük verin. Normal pendiri suda saxlamaq yağını azaltmır, bu məsələdə yanlışlığa yol verməyin.
– Sümük əriməsi və ya kalsiuma daha çox ehtiyacınızın olduğu bir dövrdəsinizsə, (hamiləlik dövrü əmizdirmə dövrü) onda kalsium nisbəti yüksək olan bərk pendirlərə üstünlük verin.
Sadəcə qarpız-pendirlə arıqlamaq olarmı?
Ekspertlər bütün qida qruplarından istehlak edərək, qidalanmanı tövsiyə edirlər. Bütün günü təkcə qarpız-pendir yesəniz, dəmir, sink, maqnezium, omega 3, fol turşusu, tiamin və əlavə bir çox qida elementini kifayət qədər qəbul etməmiş olacaqsınız.
Qarpızda su nisbəti yüksək olduğu üçün mədəni şişirdir, sərinlədir və aşağı kalorilidir, tox tutaraq asan bir arıqlan yolu kimi görünür. Ancaq həddindən artıq istehlak edilməsi şəkər tərkibi səbəbiylə doğru deyil. Sağlam bir insan gündəlik 3 – 4 pay meyvə istehlak etməlidir. Bu meyvə seçiminin hamısı qarpız olacaqsa, gündə 4 dilim qarpız kifayətdir. Ancaq meyvənin ən bol olduğu bu mövsümdə daim qarpız yemək digər meyvələrə və özünüzə böyük haqsızlıq edərsiniz.
Qarpızı pendirlə yemək, tək şəkildə yeməkdən daha doğrudur.
Qarpız karbohidrat tərkibinə görə, həddindən artıq çox yeyildikdə qanda şəkəri yüksəldir. Halbuki yanında zülal mənbəyi olan pendir yemək qanda şəkərin sürətlə yüksəlməsinə mane olur. Bu da balanslı insulin hərəkətlənməsi üçün çox əhəmiyyətlidir. (saglamolun.az)
İnterpress.az