Məlumata görə, Mərkəzi Bank tərəfindən dəstək olmasa qısa müddətdə “Unibank” da bağlanacaq.
Artıq aylardır ki, daxili resurslar və onlarla filialını bağlamaq hesabına güclə fəaliyyət göstərən “Unibank” Mərkəzi Bankın qərarını gözləyir. Bank rəhbərliyi işçilərə bu barədə danışmamağı tövsiyyə edib.
Hətta əksəriyyəti arxayın edilib ki, bank bağlanmayacaq. Amma vəziyyətin getdikcə ağırlaşması “Unibank”ın “Dekabank”, “Parabank” və digərləri kimi eyni taleyi yaşayacağı gözlənilir.
Bank üzləşdiyi maliyyə böhranı və manatın devalvasiyası olunması ilə rəsmən fəaliyyətini məhdudlaşdırmaq qərarı verib.
Yaxın vaxtlarda başqa filialların da bağlanacağı gözlənilir.
“Unibank”ın lisenziyasının ləğvi qərarı rəsmən elan oluna bilər. Son zamanlar vətəndaşların ən çox narazılıq etdiyi banklardan biri kimi ad çıxarmışdı.
Əhalini daha çox qəzəbləndirən müştərilər arasında ayrı-seçkilik salınması, vətəndaşlarla kobud davranışdır. Bank işçiləri özlərini hüquq-mühafizə orqanı əməkdaşları kimi aparırlar. Sanki onlara müştəri ilə qabaq rəftar səlahiyyəti verilib.
Bu barədə verilən məlumata görə, bank əməkdaşlarının saymazyana hərəkətlərindən, müştəriyə yuxarıdan aşağı baxmaqdan, vətəndaşlara qarşı yekəxanalıqdan mərkəzi ofisə müraciətlər daxil olurdu.
Məlumatlara görə, bankın “28” May və “Xətai” filiallarından şikayətlər daxil olurdu. Hazırda “Nərimanov” filialından da narazılıq var. Bankın əməliyyatçılar üzrə rəhbəri hesab olunan Raina Bayramova “28 may” filialındakı fəaliyyətini “Nərimanov”da davam etdirir.
R.Bayramovaya bankda xüsusi “səlahiyyət” verilib ki, idarəçilikdə meydan sulasın. Ona əməllərinə görə, \”gözün üstə qaşın var” deyən tapılmır. R.Bayramovanın rəhbərlik qarşısında qaldırdığı “məsələlər” dərhal qəbul olunur.
Bu sadəcə bankın bir-iki filialındakı vəziyyətə dairdir. Digər filiallar da eyni aqibəti yaşadığı deyilir. İndi gözlər baş bankir Elman Rüstəmova dikilib və “Unibank”a dəstək olmasa tarixin arxivinə qovuşacaq.(politika.az)
İnterpress.az