Azərbaycan-Ermənistan sərhədi açıla bilərbackend

Azərbaycan-Ermənistan sərhədi açıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu görüş ərəfəsində xarici media xüsusi canfəşanlıqla nəticə haqqında rəylər verməyə başlayıb.

İnterpress.az-ın verdiyi xəbərə görə, “Lragir” saytı Putinin Bakıda Dağlıq Qarabağ münaqişəsini, həmçinin, Serj Sarkisyanın gələcək taleyini həll edəcəyini yazıb: “Putin Serj Sarkisyan olmadan İran və Türkiyə ilə razılaşacaq”.

Məqalədə deyilir ki, avqustun əvvəlində Azərbaycan və Ermənistan prezidentinin Rusiyanın təşəbbüsü ilə görüşəcəyi gözlənilirdi: “Lakin bunun vaxtı hələlik dəqiq deyil. Fərz etmək olar ki, prezidentlərin görüşü Bakıda və Sankt-Peterburqdakı görüşlərdən asılıdır”.

Məqalədə erməni jurnalist Putinin Bakı və Sankt-Peterburqda nəzərdə tutulan görüşlərinin iki informasiya fonunda diqqət çəkdiyini qeyd edib:

“Birincisi, Türkiyə xarici işlər naziri Çavuşoğlunun Bakı ilə erməni-türk sərhədlərinin açılması məsələsini müzakirə etdiklərinə dair açıqlamasıdır. İkincisi isə İranın Gürcüstana Ermənistan vasitəsilə qaz ötürməklə bağlı razılıq əldə olunmasıdır.

Bu iki hadisə bir-biri ilə əlaqəlidir və görünür, regionda İran və Türkiyə, həmçinin, Rusiya və Qərb arasında rəqabət güclənir.

Mümkündür ki, Puitn-Ruhani görüşündə Rusiya qazının Ermənistan üzərindən getməsi ilə bağlı razılıqla olsun.

Hətta Azərbaycan-Ermənistan sərhədinin açılması ehtimalı da var. Hansı ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Əgər bu ehtimallar varsa, o zaman Rusiya yaxın dövrdə münaqişənin həllinə nail olacaq”.

Sayt Rusiyanın bütün bu məsələləri ermənistansız müzakirə etdiyini və İrəvana heç bir məlumat verilmədiyini diqqətə çatdırıb.

İnterpress.az