Ermənistanın \”İrs\” müxalifətçi partiyası xalqı yenidən küçələrə çağırıb.
İnterpress.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, partiya lideri Raffi Ovanisyan erməniləri prezident Serj Sərksiyan və kabineti istefa verməyənə qədər etiraz aksiyalarını davam etdirməyə çağırıb:
\”Biz bu ilin dekabr ayında növbədənkənar prezident və parlament seçkiləri hazırlayıb keçirəcək müvəqqəti hökumət yaratmağı tələb edirik. Vətəndaşlarımızı küçələrə çıxıb qanunsuz hakimiyyətə qarşı mitinqlərdə iştirak etməyə çağırırıq\”.
Ermənistan müxalifət, həmçinin beynəlxalq ictimaiyyəti hakimiyyət tərəfindən insan hüquqlarının kütləvi pozulması hallarına etiraz etməyə çağırıb.
İnterpress.az