Məlumata görə, Klinton Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın ölkə prezidenti olmaq üçün yetərincə təcrübəli, xarakterli biri olmadığını bildirib.
Xanım Klinton Trampın ən kiçik təxribatda belə soyuqqanlılığını itirdiyini deyib: “Sosial şəbəkədə yazılmış bir tvitə görə əsəbiləşib özündən çıxan birinə nüvə silahları ilə bağlı məsələlərdə etibar etmək olmaz”.
İnterpress.az