Bakıda film kimi olay: Ev sahibi lüt idi, ona ədyal verdim və dedim ki.. – VİDEObackend

Bakıda film kimi olay: Ev sahibi lüt idi, ona ədyal verdim və dedim ki.. – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu insanlığa sığmayan hərəkəti paytaxt sakini törədib. Polisin çevikliyi sayəsində cinayətkar tez bir zamanda saxlanılıb.

Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə daxil olan şəxs ona bıçaqla xəsarət yetirib, sonra isə evdən 110 manat pul götürərək, oranı tərk edib. İradə Hüseynova qonşularının köməkliyi ilə dərhal xəstəxanaya yerləşdirilib. Əməliyyatdan sonra onun həyati təhlükəsi aradan qaldırılıb.

Hadisə ilə bağlı xəstəxanadan polisə məlumat verilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri araşdırma ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədildiyi müəyyən edilib və o, saxlanılıb.

Saxlanılan Samir Rəşidov əməlini etiraf edib. İradə Hüseynovanı 5 ilə yaxındır ki, tanıdığını deyən Samir, mənzilə daxil olanda onunla mübahisə etdiyini bildirib. Həmin zaman yüksək dozalı dərman qəbul etdiyini deyən Samir mətbəxdən bıçağı götürərək, zərərçəkənin kürək nahiyyəsindən 2 dəfə xəsarət yetirib. Samir Rəşidov dindirilərkən göz yaşlarını saxlaya bilməyib.

Samir Rəşidov – saxlanılan şəxs: \”Məni şirnikləşdirib, aradan çıxmaq istəyirdi. Məndən qorxurdu, qaçmaq istəyirdi. Gördü ki, adamlıqdan çıxmışam. Qapını açdı, bayıra çıxdı. Başladı qışqırmağa ki, ay qonşular, kömək eləyin. Mən də sakit şəkildə əynimi geyindim, o lüt idi, evdən adyalı götürüb üstünə örtdüm, dedim ki, biabırçılıq olmasın. Rus qonşunun qapısını döydüm, mən aşağı düşəndən sonra açıb qapını. Aşağıda dedim ki, polis çağırın, təcili yardım çağırın, yuxarıda yaralı var\”.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir. (Region tv)

İnterpress.az