Polisi tanınmış erməni yazıçısını zibilliyə tulladıbackend

Polisi tanınmış erməni yazıçısını zibilliyə tulladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Məni Xorenatsi küçəsində tutdular, zorla polis səddinin arxasında dayanmış maşına soxdular.

Daha sonra Yeranosyan (Levon Yeranosyan – general-mayor, Ermənistan polisinin rəis müavini, polis qüvvələrinin komandiri) gəldi və məni təhqir etməyə, ələ salmağa, təxribata çəkməyə başladı, amma mən, təbii ki, ona əhəmiyyət vermədim”. Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bunu dünən Serj Sarkisyanın istefasını tələb etdiyinə görə həbs olunanlar arasında olmuş tanınmış yazıçı, publisist və ictimai xadim Vardges Qaspari saxlanılması haqda danışarkən deyib.

\”Sonra məni avtomobilin, təxminən 40 sm-50 sm-lik insan üçün nəzərdə tutulmuş qəfəsinə soxmaq istədilər. Təbii ki, mən ora sığışmazdım. Bunu görən Yeranosyan öz “itlərinə” əmr verdi ki, məni ora ikiqat eləyib soxsunlar. Onlar elə də etdilər. Məni məhz o vəziyyətdə Yerevan Mərkəzi Polis İdarəsinə gətirdilər. Orada məni məcbur etmək istədilər ki, nümayişçilərə qarşı böhtanlar, yalanlar yazım…

Bundan başqa, polislər məni, sözün həqiqi mənasında alçaldır, təhqir edirdilər. Belə ki, əllərini yumağa çıxır, sqayıdarkən yaş əllərini mənim paltarıma silərək qurulayırdılar”, – deyə tanınmış yazıçı bildirib.

“Məni düz 4 saat orada saxladılar, sonra da dedilər ki, “gedə bilərsən”. Təbii ki, mən razılaşmadım və tələb etdim ki, məni haradan götürüb gətiriblərsə, aparıb ora da qoysunlar. Belə olanda onlar məni idarənin yaxınlığındakı stadionun arxasına aparıb oradakı dəmirdən olan zibil qablarının içərisinə atdılar. Bəli, məhz içərisinə… Onu da xatırlayıram ki, polislər idarəyə gətirdikləri digər fəalları da incidir və ələ salırdılar, xüsusən də yaşlı insanları…”, – deyə V.Gaspari Yerevanda nümayişçilərin başına gətirilən olmazın oyunlardan danışarkən əlavə edib.

Xatırladaq ki, srağagün polis Yerevanda Serj Sarkisyanın istefasının tələb olunduğu mitinqdə iştirak etməkdə şübhəli bilinən yüzlərlə adamı saxlayıb. Özü də fərq qoymadan. Belə ki, həbs olunanlar arasında çoxlu yaşlılar, qadınlar və uşaqlar da olub. Polis əməkdaşları bir çox tanınmış adamları – millət vəkillərini, ictimai xadimləri, yazıçıları, müğənni və aktyorları da məcburən bölmə və şöbələrə aparıblar.

İnterpress.az