İnterpress.az Türkiyə KİV-nin yaydığı məlumata əsasən xəbər verir ki, Türkiyənin Kayseri vilayətində “Boydak Holdinq”in Direktorlar Şurasının rəhbəri Mustafa Boydak saxlanılıb.
Holdinqin İdarə Heyətinin üzvü Şükrü Boydak da həbs olunub. Hazırda saxlanıların yaşayış yeri üzrə axtarışlar aprılır.
Qəzetin verdiyi məlumata görə, həmin şəxslər Fəthullah Gülənin terror təşkilatına maliyyə yardımı ayırmaqda ittiham olunaraq saxlanılıblar.
İnterpress.az