Pis xolesterin ömrü uzadırbackend

Pis xolesterin ömrü uzadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla da alimlər həmin maddənin insan orqanizmi üçün \”ziyanlı\” olması haqqında məşhur müddəanı təkzib ediblər. Məlumdur ki, həkimlər müxtəlif xəstəliklərin səbəbini məhz pis xolesterinin ayağına yazırlar.

Mütəxəssislər bildiriblər ki, xolesterinin insan orqanizmi üçün zərərinin izahı yoxdur. Alimlər bu qənaətə 60 yaşlı təxminən 70 min adamın iştirak etdiyi tədqiqatın nəticələrinə əsasən gəliblər. Bütün respondentlər diqqətlə müayinə olunub, onların sağlamlıq durumu qiymətləndirilib. Bundan sonra onların qanlarında pis xolesterinin miqdarı ölçülüb.

Məlum olub ki, xolesterin nəinki zərərsizdir, hətta faydalıdır. Sağlamlıq üçün \”düşmən\” hesab edilən bu maddənin ürək xəstəlikləri ilə heç bir əlaqəsi yoxdur, üstəlik, xolesterin insanları Altsheymer və Parkinson kimi xəstəliklərdən qoruyur.
Eyni zamanda ekspertlər etiraf edirlər ki, pis xolesterin gənc nəsil üçün təhlükəlidir. Onlar bu maddənin nə üçün gənclərdə ateroskleroz yaratmasının, yaşlı nəslin nümayəndələrini isə nevroloji xəstəliklərdən qorumasının səbəblərini müəyyən etmək niyyətindədirlər. (saglamolun.az)

İnterpress.az