Ölkədə fəaliyyət göstərən müxalifət partiyaları və vaxtilə Qarabağın alınmasında iştirak edən ermənilər hazırki president Serj Sərksiyanın istefasını tələb edirlər.
Ötən gün isə müxalifətçi “İrs” partiyasının sədri Raffi Ovanisyan erməniləri S.Sarksyan istefa verməyincə küçələrdən çəkilməməyə çağırdı.
Ortaya maraqlı sual çıxır: Ermənistanda nə baş verir? Erməni müxalifətçilərini bu qədər qəzəbləndirən nədir?
İnterpress.az-ın suallarını politoloq Fərhad Mehdiyev cavablandırdı:
-Ermənistanda baş verən qiyamın səbəbi, bir tərəfdən ölkədə yaranan ağır sosial-iqtisadi durumun nəticəsi, digər tərəfdən də Dağlıq Qarabağ məsələsində ermənilərin dalana dirənməsi və uzlaşmağa getmək məcburiyyətində qalmasıdır.
– İrəvan qiyamı iqtidarın, yoxsa, müxalifətin qələbəsi ilə bitəcək?
-Qiyamın necə bitəcəyini indi demək çətindir. Məsələ burasındadır ki, qiyamçılara xalqdan ciddi dəstək vardır.
Sarkisyan höküməti qiyamçılara qarşı repressiyaya başlasa da, Ermənistan cəmiyyətinin belə təzyiqlərdən qorxmadığını da bilirik.
Hələ ki, meydanlarda Sarkisyan tərəfdarlarını görə bilmirik. Bu səbəblə qiyamçıların əziləcəyini demək çətindir.
Amma məncə, qiyamçılarla Sarkisyan arasında bir uzlaşma olacaqdır. Ya da, əgər qiyamçılara xalq dəstəyi azalsa, onlar təslim olma yolunu da seçə bilərlər.
– Sizcə, İrəvan qiyamının yaxın ölkələrə təsiri olacaqmı?
-Qiyamın yaxın ölkələrin daxili vəziyyətinə heç bir təsiri olmayacaqdır.
Lakin qiyamın Dağlıq Qarabağ üzərində danışıqlara mənfi təsiri ola bilər. Qiyamçılara xalqın dəstəyi davam edərsə, bu durum Sarkisyanın güzəştlərə getməsini çətinləşdirəcəkdir və müharibə variantını yenə gündəmə gətirəcəkdir.
Politoloq Fərhad Mehdiyev
-Bəs bu olaylarda Rusiya faktorunu görürsüzmü?
-Qiyamçıların ayaqlanmasında Rusiyanın təsirinin olması mümkündür. Əyər Rusiya DQ üzərə danışıqların uzamasını və ntəicəsiz qalmasını istəyirsə, qiyamın çıxmasında onun birbaşa marağı ola bilər.
Amma bu, sadəcə bir ehtimaldır. Hadisələrin inkişafını diqqətlə izləmək lazımdır.
İnterpress.az