Misir səfii erməni soyqırımı haqqında danışdıbackend

Misir səfii erməni soyqırımı haqqında danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfir bildirib ki, bu məsələ Azərbaycanla münasibətlərə təsir etməyəcək.
\”Bu məsələ hələ təklif mərhələsindədir və Türkiyənin ölkəmizə qarşı fəaliyyətinə qarşı yönəlib. Təəssüf ki, hazırda ölkələrimiz arasında əlaqələr heç də yaxşı səviyyədə deyil\”, – deyə S.Cəmil bildirib.

Eyni zamanda, səfir bu məsələnin Azərbaycan üçün həssaslığını başa düşdüyünü və bu barədə Misir tərəfinə məlumat verməyi nəzərdə tutduğunu qeyd edib.
KİV-in məlumatına görə, bir neçə gün əvvəl 300-dən çox misirli deputat Osmanlı imperiyasında 1915-1922-ci illər arasında guya ermənilərə qarşı törədilənlərin \”soyqırım\” kimi tanınması barədə qətnamənin parlamentdə səsverməyə çıxarılmasıyla bağlı sorğu imzalayıb. Bu sorğunun təşəbbüskarı məşhur misirli jurnalist və millət vəkili Mustafa Bakri olub. (musavat)

İnterpress.az