Sovet dövründəki “SU-27” qırıcısının modernizasiyaya uğramış iki mühərriki ilə təchiz edilən bu təyyarə böyük sürətlə və yüksək hündürlükdə uçmaqla yanaşı, döyüş üçün çox vacib olan böyük miqdarda yük götürmək qabiliyyətinə də malikdir.
Qabaqcıl radioelektron avadanlıqları quraşdırılmış “SU-35”, səssiz uçan və radarlara yaxalanmayan “F-22 Raptor”-dan başqa, istənilən Amerikan təyyarəsi üçün xeyli dərəcədə təhlükəli rəqib sayılır. Məhz elə həmin səbəbdən də, Çin ordusu Rusiyanın bu yeni təyyarəsini almaq istəyir.
ABŞ HHQ–nin “F-35” hücum təyyarəsində uçan pilotlarından biri bildirir ki, ”SU-35”, stels-texnologiyası ilə təchiz edilən “F-35” üçün təhlükə törədə biləcək qədər güclüdür. ”F-35” əsas etibarıyla qırıcı bombardmançı təyyarə olduğuna görə, “SU-35” və ya “F-22”-lər kimi sürətli və hündürdən uçmaq üçün dizayn edilməyib.
Çox hündürdən uçduğuna görə “SU-35”-in bortunda yerləşdirilmiş “hava-hava” raketlərinin daha uzaq məsafələrdəki hədəfləri vurmasına imkanı yaranır. Daha yüngül korpuslu “SU-35” 15 kilometr, ”F-35” isə 10 kilometr hündürlükdə uçur. (sizinyol)
İnterpress.azhttps://youtube.com/watch?v=u6EeFpdfRrg