Hazırlığa getmədən 692 bal yığdıbackend

Hazırlığa getmədən 692 bal yığdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, o, ağdamlı məcburi köçkün ailəsinin övladı olan Aynur Babayevanın qəbul imtahanlarında göstərdiyi uğurdan yazıb:

\”Ağdamdan məcburi köçkün olan Aynur Babayevanın ailəsi Binəqədi rayonunda köhnə bir zavodun həyətində məskunlaşıb.

Ata-anası işləmir, maddi cəhətdən çox imkansızdırlar.

Dərslərini yaxşı oxuduğu üçün təhsil aldığı Binəqədi rayonu 314 nömrəli orta məktəbdəki müəllimləri Asif Salmanov (“Azərbaycan dili – Ədəbiyyat ), Ramal Alıyev (tarix), Maral Rzayeva (riyaziyyat) və Ruslan Nuriyev (ingilis dili) sözü bir yerə qoyaraq, onu təmənnasız şəkildə qəbul imtahanına hazırlaşdırıblar.

Aynur da cəmi 1 suala səhv cavab verərək, topladığı 692 balı müəllimlərinə hədiyyə edib. Halal olsun, MÜƏLLİM adına layiq bu 4 İNSANA!
Halal olsun, bu qıza!!\”

İnterpress.az