Mikayıl Cabbarovdan – – endirimbackend

Mikayıl Cabbarovdan – – endirim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu məlumatı BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov verib.

E. Əzimov bildirib ki, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26 ölçüdən 38 ölçüyədək 40 manat, 40-42-44 ölçülərin qiyməti isə 45 manat idi: \”İndi aşağı siniflərə məktəbli forması üçün bir qiymət müəyyənləşib. 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti ucuzlaşaraq 40 manata endirilib. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 34 ölçüdən 48 ölçüyədək qiymətlər 53 manat, 50 ölçüdən 54 ölçüyədək 55 manat idi. Haızrda yuxarı siniflər üçün məktəbli forması dəsti üçün vahid qiymət müəyyənləşib. Yuxarı siniflər üçün məktəbli forması dəsti 52 manata satılır. Qeyd edim ki, məktəbli forması dəstinə köynək, jilet, pencək şalvar və ya ətək daxildir”.

E. Əzimov artıq paytaxt üzrə 20, Abşeron rayonu üzrə Xırdalanda iki, Saray və Mehdiabad qəsəbəsində bir, Sumqayıtda iki mağazada yeni qiymətlərlə məktəbli formasının satışına başlanıldığını söyləyib. E. Əzimov bildirdi ki, məktəbli formasının satışında qiymət artımına yol verilərsə, alıcılar BTE-nin 597-45-39 saylı qaynar xətə zəng edib məlumat verə bilərlər. E. Əzimov artıq bu dərs ilindən Abşeron və Sumqayıt məktəblilərinin də BTE-nin istehsal etdiyi məktəbli formasını geyinəcəyini söylədi.

Qeyd edək ki, yeni təhsil naziri Mikayıl Cabbarov məktəbli paltarları ilə bağlı məsələyə yenidən baxılacağını demişdi.(movqe)

Interpress.az