Külli miqdarda pul çıxartmaq istədilər, amma…backend

Külli miqdarda pul çıxartmaq istədilər, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-Urumçi aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı çantasını rentgen aparatına qoyub keçərkən hərəkətləri gömrük əməkdaşındaşübhə doğurub və saxlanılaraq çantasına baxış üçün yoxlama otağına dəvət olunub.

Yoxlamadan öncə, həmin şəxsə çantasının içərisindəki bəyan ediləsi əşyaların könüllü şəkildə təqdim edilməsi təklif olunub və o, çantasında 20.000 ABŞ dollarının olduğunu bildirib.

Yoxlama zamanıçantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd – hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 20.000 ABŞ dolları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. (milli.az)

İnterpress.az