Türkiyə ölüm hökmünün bərpası ilə bağlı referenduma gedəcəkbackend

Türkiyə ölüm hökmünün bərpası ilə bağlı referenduma gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-un məlumatına görə, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Franfurter Algemeine Zeitung” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyası bu məsələ ilə bağlı güclü ictimai təzyiq altındadır. “Biz minlərlə SMS və Titter xəbəri alırıq. Onların hamısında deyilir: “Əgər siz yenə də edam hökmünü bərpa eləməsiniz, biz bir daha sizin partiyaya səs verməyəcəyik” – XİN başçısı qeyd edib.

Çavuşoğlu daha sonra bildirib ki, Avropa Birliyi bu məsələdə Türkiyəyə ağıl öyrətmək haqqına sahib deyil. “Bu, yaxşı heç nəyə gətirməyəcək” – Türkiyə xarici siyasət idarəsinin başçısı xəbərdarlıq edib.

Xatırladaq ki, Avropa Birliyi, Almaniya Türkiyədə ölüm hökmünün bərpasına qarşısıdır. Rəsmi Brüssel bəyan edib ki, əks halda Ankaranın quruma üzvlüyü məsələsindən söhbət gedə bilməz.

İnterpress.az