Türkiyə mətbuatının verdiyi xəbərə görə,“cmylmz.com” adlı internet ünvanı naməlum hakerlər tərəfindən ələ keçirilib.
Qeyd edək ki, məşhur sənətçi 15 iyul qiyamına münasibət bildirmədiyi üçün kəskin tənqidlərə məruz qalmışdı.
Dünən isə Cem Yılmaz “Vətən sevgim, həyatım ortadadır. Bu professional pis insanlara hesabat verməyəcəyəm. Bu qədər fəlakətdən sonra mediada qarayaxma kampaniyasının aparılması bizə yaraşmır” – deyə bildirmişdi.
İnterpress.az