Türkiyədə hərbi təhsil müəssisələri bağlanacaqbackend

Türkiyədə hərbi təhsil müəssisələri bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mediası xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, onların əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq: “Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası yaradılacaq.

Bununla yanaşı, hərbi akademiyalar fəaliyyət göstərməyə davam edəcək”.
Məlumat üçün bildirək ki, hazırda ölkədə 4 hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. (modern.az)

Interpess.az