İrəvanda qiyamçı özünü yandırdı – FOTOLAR +16backend

İrəvanda qiyamçı özünü yandırdı – FOTOLAR +16

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Ermənistanın \”news.am\” saytına istinadən verdiyi xəbərə görə, İrəvanın mərkəzində keçirilən etiraz aksiyasının iştirakçılarından biri üstünə benzin tökərək özünü yandırıb.
Orta yaşlarında olan kişi bu addımı prezident rezidensiyasının yaxınlığında, Baqramyan prospektində atıb. Aksiya iştirakçıları alovu söndürə biliblər. O, yanıq xəsarətləri alıb.

Hadisə yerinə həkimlər çağırılıb. Verilən xəbərə görə, etirazçının vəziyyəti ağırdır.

Prezident rezidensiyasına tərəf yürümək istəyən aksiya iştirakçılarının qarşısını polis hər tərəfdən kəsib.

Etirazçılar aksiyanı oturaq şəkildə davam etdirməklə bağlı müzakirə aparır. Ermənistan müxalifətinin liderləri isə xalqı küçələri tərk etməməyə çağırır.

İrəvanda qiyamçı özünü yandırdı - FOTOLAR +16
İrəvanda qiyamçı özünü yandırdı - FOTOLAR +16
İrəvanda qiyamçı özünü yandırdı - FOTOLAR +16

İrəvanda qiyamçı özünü yandırdı - FOTOLAR +16

İnterpress.az