Bu məsələ hökumət çevrələrində müzakirə edlir və yaxın vaxtlarda Tarif Şurası bununla bağlı qərar qəbul edəcək. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, qeyri-neft sektorundan daxilolmaların azalmasından yaranan kəsiri hökumət təbii inhisarların xidmət və mallarını bahalaşdırmaqla kompensasiya etmək istəyir. Bu baxımdan da ilk növbədə əhalinin istehlak etdiyi enerji resurslarını bahalaşdırmaq niyyətindədir.
Hazırda 1000 m3 təbii qazın qiyməti isə 100 manatdır. Qiymətin 120 manata çatdırılması, yəni 20 faiz bahalaşması nəzərdə tutulur.
Mənbənin məlumatına görə, qiymət artımının başqa bir səbəbi isə ARDNŞ-in üzləşdiyi maliyyə çətinlikləri ilə bağlıdır: Hazırda Dövlət Neft Şirkətinin bir neçə milyard manat borcu var, maliyyə reytinqi mənfiyə düşüb, neftin qiymətində ciddi artım gözlənilmədiyindən şirkətin başqa yolu da qalmır.
İstiqlal.az bir qədər öncə benzin və başqa yanacaq məsullarının qiymətinin bahalaşacağı ilə bağlı məlumat yaymışdı. Azərbaycanda sonuncu dəfə Tarif Şurasının qərarı ilə benzin 2013-cü ilin dekabrın 3-də bahalaşıb. Şuranın dekabrın 2-də axşam verdiyi qərarla qiymətlər belə qalxıb:
Bir litr benzin:
Aİ-80 və Aİ-92 markalı 55 qəpikdən 70 qəpiyə,
Aİ-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə,
Dizel yanacağı 45 qəpikdən 60 qəpiyə qaldırılıb.
Benzin və başqa yanacaq məhsullarının 15-20 faiz bahalanacağı gözlənilir.
İnterpress.az