Sarkisyan Qarabağdakı qoşunlarını İrəvana yeritdi-VİDEObackend

Sarkisyan Qarabağdakı qoşunlarını İrəvana yeritdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İrəvanda ələ keçirilmiş polis binasının ətrafında vəziyyət gərgin olaraq qalır.
Doğrudur, zirehli texnika küçələrdən yığışdırılıb, polislərin sayı da azalıb, amma ara-sıra yenə partlayış səsləri eşidilir.
Ən güclü partlayış saat 11:20-də baş verib.
Onun təsirindən hətta qonşu küçələrdə park edilmiş avtomobillərin siqnalizasiya sistemləri də işə düşüb.

İrəvandakı qiyamçı qrupun üzvü Varujan Avetisyan deputat Zauri Postancyan vasitəsilə yeni bəyanat göndərib.
Bəyanatda deyilir: \”Biz, \”Sasna Tsrer\” üsyançı hərəkata start verdik. Ümumxalq üsyanı başladı və onun qələbəsinə az qalıb. Belə bir vəziyyətdə \”Sasna Tsrer” üçün əsas məsələ qan tökülməsinə yol verməməkdir. Burada isə həlledici faktor Jirayr Sefilyanın danışıqlardakı missiyası və son sözü olacaq.

Biz Serj Sarkisyanı bu şərtləri qəbul etməyə və Jirayr Sefilyanın bizimlə görüşünü təmin etməyə çağırırıq. Əks halda, axacaq qanlara görə məsuliyyət Sarkisyanın üzərinə düşəcək.
Biz eyni zamanda xalqı təkliflərimizin həyata keçirilməsi naminə hər şeyi etməyə və mənasız qan tökülməsinin qarşısını almağa çağırırıq”.(virtualaz.org)

İnterpress.az

https://youtube.com/watch?v=srFhhzu5Z3c