Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “ATV”nin “A-haber” proqramında qonaq olub.
O, 15 iyulda çevrilişə cəhd prosesindən sonra ilk dəfə telekanala çıxaraq umu küsü etməyə başlayıb.
İnterpress.az-ın verdiyi xəbərə görə, o, “Sabah” qəzetinin yazarları Melih Altıntokla Hilal Kaplanın suallarını cavablandırıb.
Ərdoğan 15 iyul gecəsində Avropa liderlərindən ona çoxsaylı zənglər gəldiyini bildirib.
“Mənimlə ilk əlaqə saxlayan Qətər əmiri oldu. O, bir dəfə deyil, dəfələrlə mənə, enerji və təbii ehtiyatlar nazirinə zəng edərək kömək təklif etdi. İkinci gün Rusiya prezidenti Vladimir Putin, daha sonra ABŞ lideri Barak Obama mənlə telefon əlaqəsi saxladı. Avropa ölkələrindən bəzi liderlər zəng etdi. Lakin zəng edənlər ancaq bunu deyirdilər: “Sizi qiyama qarşı apardığınız mübarizəyə görə təbrik edirik”. Lakin o prezidentlərin heç biri əziyyət çəkib Türkiyəyə gəlmədi, nə də ki, hər hansı nazirini, rəsmi nümayəndəsini bura göndərmədi”.
İnterpress.az