Nigar Yaqublunun nikah mərasimi türmədə baş tutacaqbackend

Nigar Yaqublunun nikah mərasimi türmədə baş tutacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Nigar Yaqublu öz feysbuk səhifəsində yazıb. Məlumata görə, Nigar Yaqublu hazırda məhbəs həyatı yaşayan, yazar Seymur Həzi ilə ailə quracaq.

Musavat.com-a açıqlama verən N.Yaqublu bu xəbəri təsdiqləyib. Bildirib ki, nikah mərasimi avqustun 1-də, saat 12.00-də, S.Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisədə baş tutacaq.

Mərasimdə N.Yaqublunun qardaşı və S.Həzinin bacısı iştirak edəcək: “Qalan hər kəs müəssisənin həyətində gözləyəcək. Ailəm də bu qərarıma dəstək olur. Onlar da orda olacaqlar”.

N.Yaqublu dedi ki, S.Həzi hələ türmədədir və nə zaman azadlığa çıxacağı bəlli deyil.

Nigar Yaqublunun nikah mərasimi türmədə baş tutacaq

Nigar Yaqublunun nikah mərasimi türmədə baş tutacaq

Interpress.az