Yerevandakı qiyamçıların hamısı həbs olunub-VİDEObackend

Yerevandakı qiyamçıların hamısı həbs olunub-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistan Milli Təhlükəsizlik Xidməti bununla bağlı bəyanat yayıb.

Ermənistan mediasının yaydığı məlumata görə, bəyanatda deyilir: \”Zəbt olunmuş polis alayının azad edilməsi üçün iyulun 30-dan 31-dək davam edən antiterror əməliyyatı başa çatıb. Ermənistan güc strukturlarının xüsusi dəstələri özlərinin koordinasiyalı hərəkətləri ilə qiyamçıları məcbur ediblər ki, silahları yerə qoyub, hakimiyyət orqanlarına təslim olsunlar. 20 qiyamçı həbs olunub”.

İyulun 17-dən Yerevandakı post-patrul alayının binasını ələ keçirən müxalif silahlılar təslim olmaq haqda qərar veriblər. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, həmin qruplaşmanın üzvü Varujan Avetisyan bəyanatla çıxış edib.

Onun sözlərinə görə, polis yaraqlıların əvvəlcə ayaqlarından, bu gün isə sinələrindən atəş açmaqla sıradan çıxarmaq taktikasına başlayıb: “Biz 20 nəfərə yaxın qalmışıq, axşam bizə hücum ediblər, gecə divarları dağıdıblar, sonra nədənsə dayanaraq danışıqlara qayıdıblar. Bu gün intensiv atışma olub, qumbara atıblar, əraziyə BTR-lə yeriyiblər.

Bizim iki variantımız var – ya polislə döyüşə getməliyik, rejim ilə bilavasitə bağlı olmayan adamların qanı tökülməlidir, ya da hərbi əsir kimi qalmaq yolu var.

Biz xalq üsyanın başlanmasına dair öz missiyamızı yerinə yetirdiyimizi hesab edirik. Biz öz vəzifələrini yerinə yetirən adamların qanının tökülməsini istəmirik, ona görə qərara gəlmişik ki, hərbi əsir statusu ilə mübarizəmizi davam etdərəcəyik. Üsyan davam edir, bizim xalq mübarizə aparmalıdır, biz ölkəmizin Rusiyanın quberniyasına çevriməsinə imkan verməyəcəyik. Biz hiss edirik ki, qələbə yaxındadır və xalqı mübarizəyə çağırırıq.

Biz qığılcım verdik, od püskürdü. Təəssüf ki, xalq ləngdir. Biz mübarizəmizi davam etdirəcəyik. İnqilabçılar barmaqlıqlar arxasına düşür, sonra qələbə ilə çıxırlar. Biz səni sevirik, erməni xalqı, biz heç kim ayıra bilməz, ancaq biz əmr yerinə yetirən əsgərə atəş açmayacağıq”. (modern.az)

İnterpress.az