Bunu İnterpress.az-a açıqlamsında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
“Ölkəmizdə Böyük Qafqazın cənub-şərqi, şimal hissəsi və Xəzər dənizi daha aktiv zona sayılır. Zəlzələ baş verən zonada aktivlik müşahidə olumurdu. Orada zəlzələ ocaqları olsa da, uzun zaman idiki enerji boşalması baş verməmişdi”.
Q.Yetirmişli qeyd edib ki, bu güclü zəlzələ sayılmır. O, vurğulayıb ki, baş verən zəlzələ orta güclü sayılır.
“İmişli rayonunda baş verən zəlzələ Qəbələ, Şəki, Mingəçevir, Yevlax və s. rayonlarda hiss olunub. Zəlzələ 26 kilometr dərinlikdə olub”.
Gülşanə Mustafayeva
İnterpress.az