Aparılan yeni bir araşdırmaya görə, arıqlamaq üçün makaronun gündəlik həyatdan tamamilə çıxarılmasının səhv olduğu irəli sürülüb.
\”Bəslənmə və Diabet\” adlı elm jurnalında nəşr olunan bir məqaləyə görə, Aralıq dənizi üsullu qidalanma, bədən kütlə indeksinin sağlam bir səviyyədə qalmasını təmin edir, bel ətrafının ölçüsünün azalmasına köməkçi olur.
Moderator.az-ın xəbərinə görə, İtaliyanın Nevroloji İnstitutunun apardığı araşdırmada, 23 mindən çox adamın bəslənmə vərdişləri araşdırılıb.
Mütəxəssis Licia Lacoviello, \”Makaron ümumiyyətlə, arıqlamaq istəyirsinizsə, təklif edilməyən bir yeməkdir və hətta tamamilə gündəlik yeməklərin içindən çıxarılır. Ancaq araşdırmamız göstərdi ki, bu mövqe olduqca səhvdir\” deyə bildirib.
Ancaq Iacoviello, makaronun istehlak edilməsinin lazım olduğunu və təzə meyvə-tərəvəz, dənli bitkilər, zeytun yağı kimi Aralıq dənizi üsullu bəslənmənin ən əhəmiyyətli qida qaynaqlarının yanında yeyilməsinin əhəmiyyətini vurğulayıb. (moderator.az)
İnterpress.az