Təhsil Nazirliyindən direktor vəzifəsinə qəbulla bağlı önəmli AÇIQLAMAbackend

Təhsil Nazirliyindən direktor vəzifəsinə qəbulla bağlı önəmli AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimiz kimi, orta ümumtəhsil məktəblərində direktorlarının təyin edilməsi Təhsil Nazirliyi tərəfindən müvafiq müsabiqə və müsahibə əsas əsasında aparılır.

Bəs görəsən yayılan bu informasiyaların nə kimi əsası var ?

Məsələ ilə bağlı olaraq Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan bu cür informasiyaların heç bir əsası və sübutu yoxdur:
“Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalara əsasən, ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir”.

Nazirlikdən deyilib ki, ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır:
“Direktorların işə qəbulu müsabiqəsi şəffaflıq və obyektivlik təmin edilməklə dörd mərhələdə (elektron ərizələrin qəbulu, göstəricilərin qiymətləndirilməsi, imtahan və müsahibə) təşkil olunur.
Belə ki, bu mərhələlərin hər birində yalnız uğurlu nəticə göstərmiş namizəd seçdiyi vakant direktor vəzifəsinə təyin olunur”.

Təhsil Nazirliyindən bildirilib ki, qarşıdakı ay ərzində yekun komissiyanın rəyindən sonra imtahandan keçmiş direktorlar vakant vəzifələrə təyin olunacaqlar.
“Artıq bu ildən, 25.07.2016-cı il tarixdən etibarən müsabiqənin müsahibə mərhələsinə start verilib.
Namizədlərin seçdiyi vakant direktor vəzifəsinə təyin olunması müsahibə komissiyasının yekun rəyi əsasında müəyyənləşdiriləcək”.(modern)

İnterpress.az