İnterpress.az \”Bakı Metropoliteni\” Qapalı Səhmdar Cəmiyyəti \”Qara Qarayev\” metro stansiyasında qatarın şüşəsinin sınmasına aydınlıq gətirmək üçün qrumla əlaqə saxlayıb:
\”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev İnterpress.az– açıqlamasında deyib ki, yayılan məlumat həqiqəti əks etdirmir, hadisə\”Xalqlar Dostluğu\” stansiyasının qatarında baş verib.
\”Metronun \”Xalqlar Dostluğu\” stansiyasında qatarda bir nəfər nəfəsliyi açmaq istəyib. Bu zaman o nəfəsliyi möhkəm dartıb və nəfəsliyin şüşəsini qırıb. Sərnişin dərhal özü maşinistə yaxınlaşıb və etiraf edib ki, nəfəsliyi açmaq istərkən şüşəni qırıb. Qatarın şüşəsinin qırılması, kiminsə başına düşməsi barədə yayılan məlumatlar tam əsassızdır\”.
Gülşanə Mustafayeva
İnterpress.az