TASS agentliyi xəbər verir ki, hadisədən dərhal sonra xilasedicilər Mi-8 helikopteri ilə təyyarənin axtarışlarına başlayıb.
Məlumata görə, təyyarədə 2 ekipaj üzvü olub: \”Gecə boyu davam edən axtarışlar nəticəsində təyyarənin qalıqları Abatova dağında tapılıb. Təyyarə Krasnoyarskdan havaya qalxıb və 40 kilometr uçduqdan sonra dağa çırpılıb. Qəza zamanı təyyarədə olan 3 nəfər həlak olub. Hadisənin dəqiq səbəbləri məlum deyil. Araşdırma aparılır\” – deyə məlumatda bildirilir. (teleqraf.com)
İnterpress.az