Şirkət direktorunun məhkəməsi olacaqbackend

Şirkət direktorunun məhkəməsi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı təyin olunub.
Məhkəmə baxışı avqustun 8-də keçiriləcək.
Prosesdə zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında qalmaqal baş verib. Məhkəmə nəzarətçiləri prosesdə sakitliyi bərpa ediblər.

Xatırladaq ki, Ə. Cəfərov qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.(apa)

İnterpress.az