İnterpress.az-ın təqdim etdiyi videodakı yanğın təsadüfən baş verməyib.
Nərimanov rayonu, Azadlıq küçəsindəki 47 saylı məktəbin qarşısında yerləşən zeytun ağaclarının \”qayğısına qalmaq üçün\” belə yandırırlar.
Belə ki, Nərimanov rayonu 53 saylı Mənzil İstismar İdarəsinin işçiləri məktəbin qarşısındakı zeytun ağaclarının ətrafını süpürüb, zibilləri ağacın dibində yandırırlar. Yolboyu, ağacların altından qalxan alov dilimləri bütün budaqları yandırıb, kül etsə də \”jek\” işçiləri öz əməllərindən məmnun görünürdülər.
Hətta yoldan keçən bir-neçə sürücünün avtomobilindən enib, ağacların yandırılmasına etiraz etmələri də bu \”zəhmətkeşlərin\” tükünü tərpətmədi.
İnterpress.azhttps://youtube.com/watch?v=Vbus7h_N4iY