Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-140 faizini təşkil edir. Avqustun 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 95 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 104 m3/s olmaqla, ongünlük normanın 150 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 11,5 m3/s təşkil edərək ongünlük normanın 17 faizinə bərabər olub.
Avqustun 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Salyan məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Bankədə 1 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 372 sm (2015-ci il avqustun 01-də 346 sm), Salyanda 148 sm (2015-ci il avqustun 01-də 117 sm), Bankədə 180 sm (2015-ci il avqustun 01-də 171sm), Araz çayının Novruzlu məntəqəsində isə 84 sm (2015-ci il avqustun 01-də 58 sm) təşkil edir.
İnterpress.az