Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan tədbir avqustun 4-dək davam edəcək.
Sessiyada quruma üzv olan milli olimpiya komitələrinin nümayəndələri də iştirak edir. Tədbirdə əsas qərarların avqustun 3-də veriləcəyi gözlənilir.
Həmin gün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramı müzakirə olunacaq, 5 yeni idman növünün ora daxil edilib-edilməməyi barədə qərar veriləcək.
Bu idman növləri karate, qayaya dırmanma, serfinq, beysbol və skeytbordinqdi. Tokio-2020-də bu növlər üzrə 18 dəst medal uğrunda 500-dək idmançının mübarizə aparacağı gözlənilir.
Həmçinin, Olimpiada-2024-ə ev sahibliyi etmək istəyən şəhərlərin məruzələri dinləniləcək. Bu şəhərin adına isə gələn il Perunun paytaxtı Limada təşkil olunacaq 130-cu sessiyada aydınlıq gələcək. Yarışın təşkilinə isə Roma, Paris, Budapeşt və Nyu-York iddia edir.
Yığıncaqda İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşəcək. Sessiya ərəfəsində komitə üzvlərinin sayının artırılması barədə qərar qəbul edib. 4 kişi və 4 qadın üzv də avqustun 3-də başlayan tədbirdə seçiləcək. Yeni üzvlər təkcə idmanı deyil, mədəniyyət, səhiyyə, biznes, sosiologiya, hüquq və menecment sahələrini təmsil edəcək.(apasport)
İnterpress.az