Burada söhbət Suriya və İraqdakı əcnəbi döyüşçülərin uşaqlarından gedir. Avropol \”Quilliam Foundation\” Araşdırmalar Mərkəzinin məlumatları əsasında qeyd edir ki, hazırda yaraqlıların işğal etdiyi ərazilərdə Böyük Britaniyadan olan 50-dən çox uşaq və təxminən 31 min hamilə qadın var.
Avropol terrorçuların yeni nəslini \”xüsusi problem\” kimi qələmə verir. Belə ki, İŞİD yaraqlıları əsasən uşaqlardan istifadə edir və erkən yaşda onlara ideoloji təlimlər təlqin edilir və uşaqların həssaslığı azaldılır. Onlar sonradan doğma ölkələrinə qayıdaraq terrorçulara yardım edə, yaraqlılar üçün vəsait toplaya, yeni üzvlərin yığılması işi və digər növ radikal fəaliyyətlə məşğul ola bilərlər.
\”Onlar birbaşa təhlükə mənbəyidir və uzunmüddətli perspektivdə belə də qalacaqlar. Onların ideoloji təlimi Qərbə qarşı nifrət təlqin etməkdən və digər dövlətlərin hamısını qeyri-qanuni hesab etməkdən ibarətdir\”, – deyə \”Quilliam Foundation\” Araşdırmalar Mərkəzinin böyük elmi işçisi Nikita Malik bildirib. (virtualaz.org)
İnterpress.az