Bəs bazar ertəsi depressiyasını azaltmaq üçün nələr edə bilərik?
Daha gərgin bazar ertəsi əvəzinə, xoş, gümrah keçirdiyiniz bir gün yaşamaq istəyirsinizsə, bu məsləhətlərə əməl edin.
1. Daha çox yatın
Yuxusuzlluq həftənin ilk gününü stresli keçirməyin ən böyük səbəbidir. İnsanlar həftə içi normal yatsalar da, həftə sonu normal yuxu yatmırlar. Həftə sonları yuxu probleminiz ertəsi gün stresli bir gün yaşamağınıza səbəb olacaq. Buna görə həftə sonu da yuxunuzu sabitləyin.
2. Daha az televizor izləyin
Çox televizor izləmək məhsuldarlığı azaldır. Çox sevdiyiniz bir film və ya televiziya proqramını hər həftə izləmək normal bir şeydir, ancaq həftə sonu kresloda əyləşib kanallar arasında yox olmaq düzgün deyil. İnsanlar çox vaxt yorğun olduqları zaman televizora baxmağı üstün tutarlar. Gecə yarısına kimi televizor qarşısında oturub yuxuya getmək nizamsız yuxu və yorğunluq hissi yaranmasına səbəb olur.
3. Həftə içi planlar qurun
İnsanlar tətil günlərini, həftə sonlarını dostlarıyla keçirməyi üstün tuturlar. Buna görə bir çox işlər, həll edilməyən problemlər üst-üstə yığılır və həftə sonuna qalır. Bu qədər işləri, problemləri yalnız 2 gün ərzində həll etməyə çalışmaq yeni həftəyə yorğun, gərgin başlamağınıza səbəb olacaq. Bunun üçün dostlarınızla görüşə həftə içi vaxt ayırın.
4. Tələsməyin
Hər məsələdə tələsik davranmaq stresli olmağınıza və bütün günü özünüzü pis hiss etməyinizə səbəb olacaq. Gün ərzində görməli olacağınız işlərə lazımi vaxt ayırın.
5. Özünüzə həftəbaşı müalicəsi tətbiq edin
Əgər bazar ertəsindən nifrət edirsinizsə, həmin günlər edə biləcəyiniz fərqli bir şeylər düşünün. Əgər vacib iş görüşməsi varsa, həmin gün bu görüşü günün erkən saatlarına salmayın. Səhərlər evdən tez çıxıb gözəl bir yerdə səhər yeməyi yeyə bilərsiniz.
6. Xəbərləri söndürün
Səhər-səhər cinayət xəbərləri, pis xəbərlər izləmək əhvalınıza pis təsir edə bilər. Əgər həssas birisinizsə, pis xəbərlər sizin ruh halınıza mənfi təsir göstərə bilər.
7. Dəyərləndirmək üçün vaxt ayırın
Bazar günündən niyə nifrət etdiyinizi düşünün. Bunu anlamaq üçün özünüzə vaxt ayırmalı və hansı məsələdə yaxşı hiss edirsinizsə, onu qərarlaşdırıb, ona uyğun hərəkət etməlisiniz. (aile.lent.az)
İnterpress.az