Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, ötən ay Bayıl, Badamdar, Əhmədli, Əhmədli-1, Əhmədli-2, Qaraçuxur, N. Nərimanov dairəsi, N. Nərimanov döngəsi sürüşmə sahələrində ümumilikdə aktivləşmə müşahidə olunmayıb. O bildirib ki, iyul ayında Zığ-1 sürüşmə sahəsində sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib.
Ə. Qaralov qeyd edib ki, ötən ay Masazır sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda 1,5-2,2 sm ölçüdə genişlənmələr müşahidə olunub, prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb. (apa )
İnterpress.az