“Komsomolskaya Pravda” qəzetinin yaydığı məlumata görə, Qazaxıstanın ən böyük şəhərlərindən biri olan Almatıda baş verən atışma zamanı ağır xəsarət alan polis əməkdaşları – Seri Abildayev və Meyrambek Rahmatullayev bu gün xəstəxanada dünyalarını dəyişiblər.
Vəhabi terrorçuların hücumları nəticəsində ağır güllə yarası alan hər iki polis əməkdaşı bu gün xəstəxanada keçiniblər”, – Daxili Işlər Nazirliyi məlumat verib.
Məlumatda həmçinin qeyd edlir ki, həkimlər sona qədər mübarizə aparsalar da, onların həyatını xilas etmək olmayıb.
Xatırladaq, iyulun 18-də Ruslan Kulekbaev Almatının Almalı rayon polis şöbəsinə və Milli Təhlükəsizlik Komitəsinin şəhər departamentinin bölməsinin hücum edib. Hadisə zamanı altı nəfər həlak olub, bir neçə nəfə şəxs isə yaralanıb. Cinayətkar zərərsizləşdirilib və həbs olunub. (virtualaz.org)
İnterpress.az