“ASAN Xidmət” Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov İnterpress.az-ın Sizin qrumun əməkdaşı tərəfllərdən birinin 10 dəqiqə gecikdiyi üçün nikahın kəsilməməyi ilə bağlı mediada məlumat yayılıb. Bu doğru faktdırmı? sorğusuna cavab olaraq bildirib ki, mərkəzlərimiz dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır:
\” Xidmətlərin göstərilməsi isə aidiyyatı qurumlar tərəfindən həyata keçirilir. Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratmağınız məqsədəuyğundur\”.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov isə bildirib ki, ASAN və Penitensiar Xidmətə təqdim olunan məktuba əsasən nikah mərasimi avqustun 2-nə nəzərdə tutulub: “ Nikaha girmək istəyən tərəflərin arzuları əsasında tarix sabah üçün təyin olunub.
Gülşanə Mustafayeva
İnterpress.az