Həkim savadsızlığı övladımı ömürlük şikəst etdi-ŞİKAYƏTbackend

Həkim savadsızlığı övladımı ömürlük şikəst etdi-ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narazı vətəndaş həkimlərin səhv müalicəsi nəticənsində övladının şikəst olduğunu bildiririr. Şikayət məktubunu olduğu kimi sizə təqdim edirik:

“Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayev mənim sağlam balamı səhv müalicə edib ömürlük şikəst edib ki. bu cinayət faktının üstünü baş həkim Yusif Nəbiyev ört-basdır edib Səhiyyə Naziri Oktay Şirəliyevi aldadır.Belə ki, təxminən 2 il öncə yeganə övladım Vasif özünü pis his etdiyi üçün Mingəçevir şəhər Mərkəzi Xəstaxanasında həkim Eldar İsayev onu müayinə edib müalicə yazdı.Müalicədən sonra Vasif özünü dahada pis hiss etdi səhhəti ağırlaşdı deyə təcili Bakı şəhərində yerləşən xəstəxanaya gətirdik.Orada savadlı həkimlər yoxladıqdan sonra məlum oldu ki,Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayev oğluma cinsi fəallığı artıran dərmanlar yazdığı üçün onun beyin fəaliyyətini pozmuşdur.Bundan sonra düz iki il Bakı şəhərində mülicə keçsədə onun səhhəti düzəlmək bilmir.Mən bu cinayət əməli barədə hüquq mühafizə orqanlarına etdiyim şikayət ərizələrimi araşdıran Mingəçevir şəhər prokuroru Azad Qarayev rüşvət alıb savadsız qatil həkim Eldar İsayevin cinayət əməlinin üstünü ört-basdır etmişdir.Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya yazdığım şikayət ərizəm icra olunması üçün Səhiyyə Nazirliyinə onlar isə cinayət törətmiş həkim Eldar İsayevin işlədiyi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərmişdilər.Belə olan halda cinayət yuvasının baş həkimi özləri barədə hansı tədbiri görə bilər ? Fakt isə budur ki, oğlum Vasif Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayevin savadsızlığına, saxtakarlığına görə ömürlük şikəst oldu.Hazırda oğlumun beyin fəaliyyəti pozulub, sağalması üçün intensiv müalicə keçməsinə maddi imkanımız yoxdur.Saxtakar həkim Eldar İsayevin səhv müalicəsinə görə oğlumun müalicəsinə indiyə qədər küllü miqdarda pul xərcləyib borca düşmüşük.Ortada isə qazanan Mingəçevir şəhərinin rüşvətxor prokuroru Azad Qarayev oldu.
Mən mətbuat vasitəsi ilə Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayevin və onun cinayət əməllərinin üstünü ört-basdır edən Mingəçevir şəhər prokuroru Azad Qarayevin barəsində qanunu tədbirlər görəsiniz.Bu korrupsioner vəzifəli şəxslər öz maraqlarına görə sağlam cəmiyyəti məhv edirlər”
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq… (region.xəbər)

Həkim savadsızlığı övladımı ömürlük şikəst etdi-ŞİKAYƏT

Həkim savadsızlığı övladımı ömürlük şikəst etdi-ŞİKAYƏT

Həkim savadsızlığı övladımı ömürlük şikəst etdi-ŞİKAYƏT

İnterpress.az