İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, katolik kilsəsinin 2 ildən bir təşkil etdiyi “Dünya Gənclər Günü” ilə bağlı Polşaya səfər edən Roma papası Franseskonun yolüstü, təyyarədə düzənlədiyi mətbuat konfransında ona bir qəzetçi belə sual ünvanlayıb: “Türkiyədə 15 iyul gecəsindən sonra baş verən qanunsuzluqlar əslində dövlət çevrilişindən daha dəhşətlidir.
Ərdoğan hökuməti əsgərləri, hakimləri, diplomatları, qəzetçiləri, bir sözlə 13 min insanı həbs etdirdi. 50 mindən çox insan vəzifəsindən kənarlaşdırdılar. Ərdoğanı tənqid edənlərə o, “öz işinizlə məşğul olun”, “həddinizi bilin”, “sən kimsən məndən söz soruşursan” kimi cavablar verdi. Amma siz bu barədə heç vaxt danışmadınız”.
Papa isə 15 iyulda Türkiyədə əslində nələrin baş verdiyini hələ də dəqiqləşdirə bilmədiyini deyib: “Bu mövzuda danışmadım.
Çünki aldığım xəbərlərdə Türkiyədə nə baş verdiyini dəqiqləşdirə bilmədim”.
İnterpress.az