Aşağı Tala kənd sakini Ramiz Quliyev rayon polis şöbəsinə müraciət edərək quldurluqla üzləşdiyini bildirib.
O, qeyd edib ki, iyulun 3-də yaşadığı kəndin ərazisində həmkəndliləri Kamil Həmzəyev, Elçin Zeynalov və Anar Məmmədov başına torba keçirib və avtomobilə oturdaraq kəndin kənarına aparıblar. Dəstə üzvləri orada Ramiz Quliyevi bıçaqla hədələyərək 60 min manat verməsini tələb ediblər. Həmin məbləği vermədiyi üçün döyülüb. Dəstə üzvləri daha sonra onun ayağına bıçaqla xəsarət yetiriblır.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zaqatala rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Anar Məmmədov tutulub. Onun evinə baxış zamanı 608 qram marixuana, “İJ” markalı tüfəng və 42 patron aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə Kamil Həmzəyev və Elçin Zeynalov da tutulublar. Faktla bağlı cinayət işi başlanıb. (teleqraf.com)
İnterpress.az