İnterpress.az ASAN TV -nın yaradılması ilə bağlı dolaşan xəbərlərə aydınlıq gətirib.
ANS TV-nin əvəzinə ASAN TV yaradıla bilər mi? saulına cavab olaraq ASAN Xidmət\”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, onlar tərəfdən ASAN TV ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi formada hər hansı məlumat açıqlanmayıb:
\” Odur ki, ANS TV-nin bazası əsasında ASAN TV-nin fəaliyyətə başlayacağı barədə məlumatlar həqiqəti əks etdirmir\”.
Qeyd edək ki, Qaynarinfo informasiya portalı tezliklə ASAN TV- nin fəaliyyətə başlayacağı barədə xəbər yayıb.
Gülşanə Mustafayeva
İnterpress.az