İran Türkiyədəki qiyamda ABŞ-ı suçladıbackend

İran Türkiyədəki qiyamda ABŞ-ı suçladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrdə Türkiyədəki hadislərlə bağlı tutarlı ittihamlar vardır ki çevriliş amerikalıların planı ilə həyata keçirirlib. Əgər bu məsələ sübuta yetsə Amerika üçün tarixi rüsvayçılıq olacaq. Amerikalılar islam və islam meyilli olmağın əleyhinədirlər. Türkiyədə islama meyilliyin başlaması bu çevrilişin planlaşdırılmasına səbəb olub. İraq və Suriyadakı kimi onlar Türkiyədə də zəifləyəcəklər”.

İranın müxtəlif ictimaiyyət təbəqələri qarşısında çıxış edən ayətullah Seyyid Əli Xamenei dünyada və bölgədə baş verən bütün problemlərin kökündə ABŞ-ın dayandığını iddia edib.

Ayətullah Xamenei son zamanlar Səudiyyənin İsraillə əlaqələri normallaşdırmaq cəhdlərinə də toxunub və bunu islama qarşı böyük xəyanət adlandırıb.

Ali lider nüvə anlaşması ilə, xüsusilə, ABŞ-ın öhdəlikləri ilə bağlı narahatçılığını ifadə edib və ABŞ tərəfindən öhdəliklərin yerinə yetirilmədiyini bildirib: \”Heç bir məsələdə ABŞ-a etimad və etibar etmək olmaz\”.

O, İran Respublikasının prezidenti Həsən Ruhani administrasiyasının rəsmilərinə nüvə anlaşması və onun davamiyyəti barədə xəbərdarlıq edib.

İnterpress.az