1.Darçın
Darçın qoxusu verən ətirlər kişilərin ağlını başından alır. Bu da səbəbsiz deyil. Çünki qədim zamanlardan bəri darçının cinsi istəyi artırdığına inanılıb. Bir sözlə, darçın qoxan qadın kişiyə olduğundan daha gözəl görünür və onu ehtirasa gətirir.
2. Vanil
Vanil qadın ətirlərinin çoxunun tərkibinə vurulur. Vanil qoxusu kişilərin diqqətini çəkir və onlarda heyranlıq hissinin yaranmasına səbəb olur. Deyilənlərə görə, qədim zamanlarda erreksiya problemi yaşayan kişilərə vanilli içkilər məsləhət görüblər.
3. Lavanda
Lavanda da kişiləri valeh edən qoxulardan biridir. Lavanda qoxulu ətirlərdən istifadə etməklə yanaşı, paltarlarınızı lavanda ətirli xüsusi yuyucu vasitələrlə yusanız, istədiyiniz nəticəni əldə edəcəksiniz.
4. Meyvə qoxuları
Meyvə qoxulu ətirlərdən istifadə edən qadınlar kişilərin xoşuna gəlir. Onlar belə qadınların daha gənc və şux olduqlarını təsəvvür edirlər. Həmçinin, meyvə qoxularından istifadə edən qadının daha əyləncəli və səmimi olduğunu düşünürlər.
Mütəxəssislər qış aylarında darçınlı və vanilli, yay aylarında isə lavanda və ya meyvə qoxulu ətirlərdən istifadə etməyi məsləhət görürlər. (justlady.az)
İnterpress.az