MÜSİAD-ın Bakı nümayəndəliyi: 15 iyul Türkiyədə demokratiyanın qalib gəldiyi milli iradə günüdürbackend

MÜSİAD-ın Bakı nümayəndəliyi: 15 iyul Türkiyədə demokratiyanın qalib gəldiyi milli iradə günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən 15 iyul Çevriliş cəhdinə Azərbaycandan bir etiraz da MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Bakı Təmsilçiliyindən gəldi. 9 may 1990-cı il tarixində İstanbulda qurulan İş Adamları Dərnəyi olan MÜSİAD hazırda dünyada 11.000-dən artıq üzvü ilə 46.000-ə yaxın müəssisəni təmsil edir və təxminən 1.600.000 insanın işə olan ehtiyacını təmin etməkdədir.

Türkiyədə 86, Türkiyə xaricində 65 fərqli ölkədə cəmi 168 filial ilə xidmət göstərən MUSİAD-ın artıq bir neçə ildir ki, Bakı (Azərbaycan) şöbəsi də fəaliyyət göstərməkdədir.

Azərbaycan dövlətinin və xüsusilə prezident İlham Əliyevin çevrilişə cəhd zamanı Türkiyənin seçilmiş iqtidarını dəstəklədiyinə diqqət çəkən və buna görə, ölkə rəhbərliyinə təşəkkür edən MUSİAD Bakı Təmsilçiliyinin rəhbəri Abdurrahman Uzunun imzası ilə yayılan bəyanat aşağıdakı kimidir:

“Türkiyəmiz 15 iyul Cümə gecəsi əvvəlcə qaranlığı, ortaya qoyulan böyük inam ilə sonra da aydınlığı yaşadı.

Əmrlərini millətimizin iradəsindən deyil, xain şəbəkələrdən alan xunta üzvlərinin çevriliş cəhdi olaraq başlayıb TBMM-ni bombalamaq və günahsız vətəndaşlara atəş açmaq kimi qorxunc terrorçu hücumlara çevrilən hərəkətləri dövlətimizin və millətimizin qəhrəman müqaviməti və uğurlu əməliyyatlarla başa çatdı.

Milli iradəyə zidd olan bir çox təşəbbüsə məruz qalan və müqavimət göstərən mülki cəmiyyət olan MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) olaraq bugün də cəsur millətimizin və milli iradəni arxasına alan seçilmiş qanuni hökumətin və baş komandanımız-cumhurbaşqanımızın yanındayıq.

15 iyul obyekti millət olan demokratiyanın qalib gəldiyi bir gündür. Bu gün sadəcə Türkiyənin deyil, bütün dünyanın tarixinə keçəcək Milli İradə günüdür.

İş dünyasının nümayəndələri olaraq demokratiyamızın dərinləşməsi və iqtisadiyyatımızın güclənməsinin mülki bir idarəetməylə mümkün olduğu düşüncəsiylə demokratiya xaricindəki qüvvələrin müdaxilələrinin ən başda iqtisadiyyatımıza böyük zərər verəcəyini, bütün yığımlarımızı heç edəcəyini bilirik.

Seçilmiş hökuməti yıxmaq istəyən cəhdlər demokratiyamızı və iqtisadiyyatımızı məhv edəcəkdir. Demokratiya əleyhinə olan istənilən təşəbbüsün qarşısında əzmlə dayanmışıq. Çevriliş etmək istəyən şəxsləri lənətləyir, hökumətimizi dəstəkləyir və millətimizin iradəsindən başqa bir iradə tanımırıq.

Çevriliş cəhdindən sonra bazar ertəsi ölkəmizdə birja açılmış və normal şəkildə öz fəaliyyətini davam etdirmişdir. Öz ölkəsinə sahib çıxan xalqımız 10 milyard dollar xırdalamış və bazarları rahat etmişdir. İqtisadi qərargahlarımız ehtiyatda saxlanan, lazım gələrsə, bazara çıxaracaqları böyük bir fondun da hazır olduğunu bəyan etmişdir.

Güclü millət iradəsi istənilən çətinliyi dəf edə biləcəyimizi, ölkəmizin beynəlxalq aləmdə də siyasi və iqtisadi gücünün daha da artacağını nümayiş etdirmişdir.

Biz də iş dünyası olaraq istehsal etməyə və demokratiyanı qorumağa davam edəcəyik.

Vətənin müdafiəsi bütün fikir ayrılıqları, bütün ziddiyyətlərdən üstündür.

Bu səbəblə də əgər Vətəndən söhbət gedirsə yerdə qalan təfərrüatdır.

Buna görə də varlığımızla Vətənimizin təminatı olacağıq.

Biz xainlərə öz cavabımızı 15 iyul gecəsi qanı bahasına namusunu qoruyan şəhidlərimizlə, bomba və güllələrə sinəsini sipər edən qazilərimizlə, öz xalqına atəş açmaqdan imtina edərək ləyaqətini itirmək əvəzinə həyatını qurban verməyi seçən vətənpərvər əsgərlərimizlə, xalqını qorumaq naminə gözünü belə qırpmadan mübarizə aparan polisimizlə verdik.

Milli iradəni qoruyarkən şəhid olan vətəndaşlarımıza və təhlükəsizliyimi qoruyan zabitlərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirik.

Fətullah Gülənin lideri olduğu Terror Örgütü üzvü olan bu xainlər çevriliş cəhdinin uğursuzluğu qarşısında xalqı bir-birinə qarşı qoymaq planlarını tətbiq etməyə başlayıblar.

Hər zaman olduğu kimi bu terrorist çevriliş cəhdi qarşısında da ilk andan etibarən yanımızda olan, dəstəklərini ən səmimi şəkildə göstərən Prezident Cənab İlham Əliyev və qardaş ölkə olan Azərbaycan xalqına sonsuz təşəkkür edirik.

İnterpress.az