Hətta mənzil almaq istəyən ərəb turistlərdə var.
Bunu paytaxtda mənzil alqı-satqısı ilə məşğul olan rieltorlar da təsdiqləyirlər.
Onların sözlərinə görə, ərəblər əsasən şəhərin mərkəzindəki mənzillərlə maraqlanırlar.
Rieltorlar deyirlər ki, əgər belə davam edərsə, mənzil bazarında xeyli canlanma müşahidə ediləcək və bu da öz növbəsində qiymətlərə təsir göstərəcək.
Bəs görəsən xarici vətəndaşların Azərbaycan ərazisindən mənzil alması məsələsi qanunla necə tənzimlərnir? Bütün əcnəbilər mənzil ala bilərlərmi?
Xarici vətəndaşlar Azərbaycan ərazisində torpaq üzərində xüsusi mülkiyyətə sadəcə vərəsəlik hüququ olduqda sahib ola bilər. (milli.az)
İnterpress.az