82 döyüşçü Hələbi tərk edib – Rusiyabackend

82 döyüşçü Hələbi tərk edib – Rusiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Rusiya Baş Qərargahının nümayəndəsi, general-leytenant Sergey Rudskoy jurnalistlərə açıqlamasında deyib.

“Humanitar dəhliz”in yaradılmasından sonra 300-ə yaxın mülki şəxs və 82 döyüşçü Hələbi tərk edib. 28 iyuldan sonra terrorçuların provakasiyası nəticəsində 42 dinc sakin həlak olub, 98-i isə yaralanıb. İŞİD və Nüsrə Cəbhəsi şəhəri mühasirəyə almaq üçün kamikadzelərdən istifadə edir”, – Rudskoy bildirib.

Qeyd edək ki, Rusiya ordusu və Suriya hökuməti Hələbdəki mülki şəxslərin və müxalif qüvvələrin ölkənin şimalına hərəkətini təmin etmək üçün “humanitar dəhliz” yaradıb.

İnterpress.az