saytının məlumatına görə, günün ilk qarşılaşması Bakıda baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” öz meydanında Çexiyanın “Viktoriya” klubunu qəbul edəcək. Ardıcıl 3-cü dəfə bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəlmək üçün mübarizə aparacaq.
Səfərdə qolsuz heç-heçə edən Ağdam təmsilçisi avrokuboklarda yubiley – 70-ci görüşdə azarkeşlərini qələbə ilə sevindirməyə çalışacaq. Maksim Medvedevin “ağ-göylər”in heyətindəki 300-cü qarşılaşmasına tarix yazmağa yaxın olan “Qarabağ” qapısının toxunulmazlığını da düşünməlidir. Çünki qollu heç-heçə qonaqları növbəti mərhələyə daşıyacaq. Bu üzdən mütləq qalib gəlməli olan çempionumuz görüşün taleyini penaltilər seriyasına – “lotereya”ya qədər həll etmək niyyətindədir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:30-da başlayacaq.( Apasport)
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
20:30. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0
Interpress.az